Ağ Ev: "ABŞ və KXDR liderlərinin görüşü üçün şərait hələ ki, yetişməyib"

Ağ Ev: "ABŞ və KXDR liderlərinin görüşü üçün şərait hələ ki, yetişməyib"
22:52 1 May 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş bir çox şərtlərə əməl edilməsindən asılıdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.

"Bir çox şərtlər yerinə yetirilməlidir, xüsusən Şimalı Koreya tərəfindən. Hələ ki görüş üçün şərait yetişməyib. Hazırda bu mümkünsüzdür", deyə Ş.Spayser bildirib.
 
Qeyd edək ki, bu gün ABŞ prezidenti Donald Tramp "Bloomberg" agentliyinə müsahibəsində münasib vəziyyətdə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ilə görüşməyə hazır olduğunu bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR