3 ən yaxşı ANTİDEPRESSANT qida

3 ən yaxşı ANTİDEPRESSANT qida
23:05 1 May 2017
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Depressiya bütün dünyada ən yayılmış nevroloji pozulmalardan biridir. Statistika göstərir ki, hər il depressiyadan əziyyət çəkən insanların sayı artır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, dünyada aparılmış elmi araşdırmalar göstərib ki, qidalanmasında daha çox balıq olan ölkələrdə depressiyanın göstəriciləri daha aşağıdır. Alimlərin fikrinə görə, bunun səbəbi balığın tərkibində olan təbii antidepressant Omeqa-3 yağlı turşusudur. Bu maddə yağlı dəniz balıqlarında daha çoxdur.

Həmçinin Omeqa-3 turşusu ilə göyərtilər və qoz-fındıq da zəngindir.

Balıq, göy-göyərti və qoz-fındıq beyinin fəaliyyətinə müsbət təsir edir, beyini müxtəlif pozulmalardan qoruyur, əhvalı yaxşılaşdırır, streslə mübarizə etməyə kömək edir.
Alimlər beyini qorumaq üçün bu məhsulları qidalanmaya tez-tez daxil etməyi tövsiyə edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/540444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR