Beynəlxalq Muzeylər Günündə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə giriş vətəndaşlar və ölkədə müvəqqəti məskunlaşan əcnəbilər üçün pulsuz olacaq.
Muzeyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu barədə Beynəlxalq Muzeylər Günü “Muzeylər və mübahisəli tarix: mürəkkəb məsələlərdən danışaq” mövzusuna həsr olunan konfransda bildirilib.
Konfransda builki mövzu muzeylərin insanlar arasında sülhü təbliğ edən mərkəzə çevrildiyini göstərməklə onların cəmiyyət həyatında rolunu vurğulayır.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.