Meksikanın San-Xose-del-Kabo şəhərində hərbçilər və quldurlar arasında atışma baş verib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, atışma nəticəsində 7 quldur və 1 hərbçi həlak olub.
Ölən quldurların 5-i kişi, 2-si isə qadın olub. Hazırda araşdırma aparılır.