Dünyanın ən yaşlı adamı öldü

Dünyanın ən yaşlı adamı öldü
00:44 2 May 2017
227 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən yaşlı insanı Sodimenco 146 yaşında dünyasını dəyişib.

 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Sodimenco İndoneziyada Central Java kəndində yaşayıb.

 

Hamının Qoto baba kimi tanıdığı yaşlı kişi aprelin 12-də səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Daha sonra o, evə buraxılmasını tələb edib.

 

Sodimenconun nəvəsi Suyantonun sözlərinə görə, babası son günlər bir çay qaşığı sıyıq və bir az su içib. Ölümünə bir-iki qalmış isə yeməkdən də imtina edib.

 

Suyantodan babasının bu qədər uzunömürlü qalmasının sirrini soruşduqda, o, Sodimenconun daim sevildiyini bildirib.

 

Məlumata görə, 1870-ci ildə anadan olan Qoto babadan daha öncə onun 4 həyat yoldaşı və bütün uşaqları dünyasını dəyişib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273607

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR