Dövlət Departamenti amerikalıları Avropada terror təhlükəsi barədə xəbərdarlıq edib

Dövlət Departamenti amerikalıları Avropada terror təhlükəsi barədə xəbərdarlıq edib
01:47 2 May 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını Avropada yaxın 4 ayda terror təhlükəsinin mövcudluğu barədə xəbərdarlıq edib.
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.
"Dövlət Departamenti ABŞ vətəndaşlarını bütün Avropada terror hücumlarının qalması barədə xəbərdarlıq edir. Xəbərdarlığın müddəti 2017-ci ilin 1 sentyabrında başa çatır" – deyə sənədin mətnində bildirilir.
Departamentdə qeyd ediblər ki, Fransa, Rusiya və Britaniyaya hücumlar terrorçuların Avropaya terror aktları planlaşdırmaq və həyata keçirmək imkanlarının olduğunu göstərib. Sənəddə həmçinin terrorçulara rəğbət bəsləyən və ya radikallaşmış şəxslərin hücum təhlükəsi də göstərilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/dovlet-departamenti-amerikalilari-avropada-terror-tehlukesi-barede-xeberdarliq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR