İŞİD talibançıların düşərgəsinə hücum etdi: 30 ölü

İŞİD talibançıların düşərgəsinə hücum etdi: 30 ölü
02:43 2 May 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşmasının silahlıları Əfqanıstanda "Taliban" döyüşçülərinin düşərgəsinə hücum edib.

Publika.az xəbər verir ki, hadisə ölkənin şərqindəki Nanqarhar vilayətinin Çaparhar rayonunda baş verib.

Nanqarhar vilayəti administrasiyasının təmsilçisi Ataulla Hoqyani agentliyə bildirib ki, döyüş nəticəsində 21 "taliban"çı və 7 İŞİD döyüşçüsü öldürülüb. Bundan əlavə, silahlı qarşıdurma zamanı həmçinin iki dinc sakin də həlak olub, daha 5 nəfər isə yaralanıb.

Xatırladaq ki, 5 gün bundan əvvəl Cauzdan vilayətinin Derzab rayonunda iki qruplaşma arasında baş vermiş silahlı qarşıdurmada 76 "taliban"çı və 15 İŞİD terrorçusu öldürülüb. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR