Bakıda 3 otaqlı ev yanıb - ölən var

Bakıda 3 otaqlı ev yanıb - ölən var
04:55 2 May 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb.

Yanğın kəşfiyyatı zamanı ev sahibi 1941-ci il təvəllüdlü Aginin Oleq Dmitriyeviçin yanmış cəsədi aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2748943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR