Trampla Putin arasında telefon danışığı olacaq

Trampla Putin arasında telefon danışığı olacaq
05:22 2 May 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Bu gün ABŞ prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olacaq.
"Report"un məlumatına görə, bununla bağlı "Reuters" Ağ Evə istinadən xəbər yayıb.
Dövlət başçılarının hansı məsələləri müzakirə edəcəyi barədə məlumat verilmir. Danışıqların Moskva vaxtı ilə saat 19:30-a planlaşdırıldığı bildirilir. Bu, prezidentlər arasında 3-cü telefon danışığı olacaq. 
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Putinlə Tramp arasında görüş imkanlarını şərh etmişdi. O, "bununla bağlı hələlik heç nə yoxdur" – deyə bildirmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/trampla-putin-arasinda-telefon-danisigi-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR