Azərbaycanın iri bankı bankomat və POS-terminal şəbəkəsini xeyli genişləndirib

Azərbaycanın iri bankı bankomat və POS-terminal şəbəkəsini xeyli genişləndirib
18:43 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

2014-cü ildə Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən ölkənin 65 yaşayış məntəqəsində yeni bankomatlar quraşdırılıb ki, bu da ölkə bankları tərəfindən keçən il ərzində quraşdırılan ATM-lərin ümumi sayının 40%-ni təşkil edir.

Bunu çərşənbə günü Trend-ə ABB-nin mətbuat xidmətinin rəhbəri Rauf Ağayev deyib.

Hazırda ABB-nin bankomatlarının sayı 755 ədəddir.

Ötən il ərzində bankın POS-terminal şəbəkəsi 2,2 dəfə artaraq, 11 007-yə çatdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR