Bakıda avtomobil 40-45 yaşlı kişini vuraraq öldürdü

Bakıda avtomobil 40-45 yaşlı kişini vuraraq öldürdü
06:33 2 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Atatürk prospektində qeydə alınıb.

Belə ki, təxminən 40-45 yaşlı naməlum kişi minik avtomobili tərəfindən vurulub. Nəticədə o, hadisə yerindəcə dünyasını dəyişib.

Piyadanı vurmuş avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

Hazırda meyitin şəxsiyyəti araşdırılır. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/197206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR