Smartfon bazarının həcmi 4,3% artıb

Smartfon bazarının həcmi 4,3% artıb
07:27 2 May 2017
Ölkə mətbuatı
A- A+

"IDC" analitik şirkətinin ilkin məlumatlarına əsasən, 2017-ci ilin birinci rübündə istehsalçılar ümumilikdə 347,4 milyon smartfon tədarük edərək illik hesablama üzrə göstəriciləri 4,3% artırıblar. Mütəxəssislərin məlumatına görə, yanvar-martda qeydə alınmış artım "IDC"-nin proqnozundan azca yüksəkdir.

"Birinci rübün göstəriciləri göstərir ki, smartfon sektorunda artım davam edir - "IDC"-nin analitiki Rayan Reyt bildirib. Şübhəsiz, 2016-cı il smartfon sahəsində dönüş ili olub, çünki ilk dəfə artım tempi azalaraq birrəqəmli göstərici təşkil etmişdi. Ancaq biz hesab edirik ki, 2017-ci ildə smartfon bazarı canlanacaq. Birinci rübün nəticələri bunu əyani təsdiq edir".

Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssisin sözlərinə görə, qabaqcıl "Huawei P10" və "Samsung Galaxy S8" modelləri smartfon sahəsində innovasiyaların hələ mümkün olduğuna əyani sübutdurlar. Həmçinin ekspert bildirib ki, smartfon bazarı "Apple" şirkətinin növbəti nəsil "iPhone" qurğusunda tətbiq edəcəyi yenilikləri səbirsizliklə gözləyir.

"IDC"-nin hesabatına əsasən, Çinin bir neçə istehsalçısı smartfon sahəsində aparıcı oyunçulardır. Məsələn, "Huawei", "Oppo" və "Vivo" şirkətləri  artım tempinə görə dünya bazarını xeyli qabaqlayır və qlobal bazarda öz fəaliyyətlərini uğurla genişləndirirlər.

Hesabatda, həmçinin dünyanın aparıcı smartfon brendlərinin ənənəvi reytinqi yer alıb. "Samsung" şirkəti smartfonların tədarükü üzrə qlobal liderdir. 2017-ci ilin yanvar-martında Cənubi Koreya şirkəti 79,2 milyon qurğu istehsal edib ki, bu da smartfon bazarının 22,8%-i deməkdir.

"Apple" şirkəti 51,6 milyon smartfon tədarük edib və bazar payı 14,9% təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/540219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR