Apple yeni birləşdiricidən istifadə edəcək

Apple yeni birləşdiricidən istifadə edəcək
07:37 2 May 2017
Ölkə mətbuatı
A- A+

"Apple" şirkəti bu günlərdə dərc edilən yeni patentdə təkcə smartfonlarda deyil, "ağıllı" saatlar kimi digər mobil qurğularda yeni birləşdiricidən istifadə barədə söhbət açıb. Bu, "iPad Pro" planşetində quraşdırılan birləşdiriciyə (connector) bənzəmir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, patentdə qeyd olunub ki, birləşdirici smartfona qoşulan zaman kabel birləşdiricisinin keçə biləcəyi xüsusi özünübərpa edən materialda yerləşəcək. Kabel ayrıldıqdan sonra material öz formasını bərpa edəcək, korpusda isə dəlik qalmayacaq. Qoşulmanı analoji üsulla "ağıllı" saatlarda da etmək mümkündür.

ABŞ istehsalçısının yeni patentdə, həmçinin keramik korpuslu "iPhone" smartfonunu xatırladan elektron qurğu təsvir edilib. Keramik örtükdə aktiv elektrik komponentlər quraşdırılacaq. Söhbətin qurğunun korpusunun toxunuşlara həssas olması barədə getməsi ehtimal edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/540220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR