Yeni “BlackBerry” smartfonu hazırdır

Yeni “BlackBerry” smartfonu hazırdır
07:52 2 May 2017
Ölkə mətbuatı
A- A+

Kanadanın "BlackBerry" brendinin sahibi - Çinin "TCL" şirkəti eyniadlı ilk smartfonun təqdim ediləcəyi tarixi açıqlayıb. Belə ki, otuz beş klaviatura klavişi və barmaq izi skaneri ilə təchiz ediləcək "KEYone" modeli mayın 31-də satışa çıxarılacaq.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, Kanadada qurğu üçün əvvəlcədən sifarişlərin qəbuluna mayın 18-də başlamaq nəzərdə tutulur. Smartfonun satışı ilə yerli "Bell", "Bell MTS", "Rogers", "SaskTel" və"TELUS Business" operatorları məşğul olacaq. "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək qurğunun ABŞ və Avropa bazarında satışa çıxarılma vaxtı barədə sonradan məlumat veriləcək.

Məlumata görə, fevralda "MWC 2017" sərgisində nümayiş olunan "BlackBerry KEYone" ən yeni "Android" (7.1.1 Nougat) versiyası, 1620x1080 piksel təsvir ölçülü 4,5 düymlü ekran, metal korpus və 3505 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib və "Qualcomm Snapdragon 625" prosessoru ilə işləyir.

Smartfon 3 giqabaytlıq operativ, 32 giqabaytlıq quraşdırılmış yaddaşa, eləcə də "microSD" kartı üçün çıxışa malikdir. Əsas kamera "Google Pixel" smartfonlarının istifadə etdiyi 12 meqapikselli "Sony IMX378" sensoru ilə təchiz edilib. Ön kameranın təsvir ölçüsü 8 meqapiksel təşkil edir.

ABŞ-da 549 dollara (Avropada 600 avro) satılacaq yeni qurğu qabaqcıl "Apple", "Google" və "Samsung" smartfonlarından 100 dollar ucuz olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/540222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR