“Mail.ru Group”un xalis mənfəəti 25 faiz artıb

“Mail.ru Group”un xalis mənfəəti 25 faiz artıb
08:05 2 May 2017
Ölkə mətbuatı
A- A+

2017-ci ilin birinci rübündə Rusiyanın "Mail.ru Group" korporasiyası xalis mənfəətini 25 faizdən artıq artırıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, artıq bu hesabatdan başlayaraq "Mail.ru Group" hər rüb maliyyə məlumatlarını dərc edəcək.

Əldə olunan məlumatlara əsasən, şirkətdə gəlirlərin ötən ilin birinci rübünə nisbətdə 16,5 faiz və ya 11,8 milyard rubl artacağını proqnozlaşdırırlar. Dəqiqləşdirilir ki, gəlirin böyük hissəsi məhz reklam seqmentindən əldə olunub və "Mail.ru Group" ümid edir ki, bundan sonra da müsbət dinamika nümayiş etdirməyə davam edəcək.

Bundan öncə "Mail.ru Group"da bildirirdilər ki, bu ilin birinci yarısında şirkətin rentabelliyi daha əvvəlkindən xeyli aşağı ola bilər. Mütəxəssislər qeyd edirlər ki, buna səbəb "Pixonic" oyununa, "Delivery Club" adlanan çatdırılma xidmətinə və "Yula" mobil klassifaydına investisiyaların yatırılması olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR