Çempionlar Liqasında yarımfinal - MADRİD DERBİSİ

Çempionlar Liqasında yarımfinal - MADRİD DERBİSİ
08:13 2 May 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək.

Publika.az xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə şəhərin iki məşhur komandası "Real" və "Atletiko" üz-üzə gələcək. "Santyaqo Bernabeu" stadionunda təşkil olunacaq qarşılaşmanı ingiltərəli referi Martin Atkinson idarə edəcək.

Bu komandalar 2013-2014 və 2015-2016 mövsümlərində ÇL-in finalında, 2014-2015 mövsümündə isə 1/4 finalda üz-üzə gəliblər. Hər üç halda "Real Madrid" qələbəyə nail olub.

"Real" ardıcıl 7-ci dəfə ÇL-in yarımfinalına yüksəlməklə "Barselona"ya məxsus rekordu təzələyib.

Çempionlar Liqası. Yarımfinal, ilk oyun

22:45. "Real Madrid" (İspaniya) - "Atletiko" (İspaniya)

Baş hakim: Martin Atkinson (İngiltərə)

"Santyaqo Bernabeu" stadionu

Qeyd edək ki, digər yarımfinal görüşü mayın 3-də Fransa "Monako"su ilə İtaliya "Yuventus"u arasında keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/197209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR