Pentaqondan hakerlərə növbəti dəvət

Pentaqondan hakerlərə növbəti dəvət
08:17 2 May 2017
Ölkə mətbuatı
A- A+

ABŞ Müdafiə Nazirliyi ölkənin və tərəfdaş dövlətlərin kompüter mütəxəssislərinə müraciət edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Pentaqon onları ABŞ Hərbi Hava Qüvvələrinin saytlarını "sındırmağa" çağırıb. Proqram belə adlanır: "ABŞ Hava Qüvvələrini sındır". (Hack the Air force.)
 
Pentaqondan bildiriblər ki, təşəbbüs Hava Qüvvələrinin informasiya ofisi tərəfindən maliyyələşdirilən, kibertəhlükəsizlik üzrə kampaniyanın tərkib hissəsidir. Qurumun İnformasiya təhlükəsizliyi xidmətinin rəisi Piter Kim bildirib ki, pis niyyətli hakerlər hər gün Pentaqonun sistemlərinə müdaxilə etməyə cəhd göstərirlər: "Dost hakerlərin sistemlərimizi sındırmağa çalışması və bizə kibertəhlükəsizliyi və müdafiəni necə möhkəmləndirməyin yollarını göstərməsi yaxşı olar".  
 
Qeyd edək ki, Pentaqon daha əvvəl də analoji proqram həyata keçirib və müsabiqənin qalibi olan hakerləri mükafatlandırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR