Dövlət Departamenti: yaxın 4 ayda Avropada terror ola bilər

Dövlət Departamenti: yaxın 4 ayda Avropada terror ola bilər
08:17 2 May 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Dövlət Departamenti yaxın 4 ayda Avropada terror təhlükəsi barədə ABŞ vətəndaşları üçün xəbərdarlıq yayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yayılan xəbərdarlıqda deyilir ki: "Dövlət Departamenti ABŞ vətəndaşlarını bütün Avropada terror hücumları təhlükəsinin qalması barədə xəbərdarlıq edir. Bu xəbərdarlıq müddəti 2017-ci il sentyabrın 1-i başa çatır".

Bundan əlavə xəbərdarlıqda deyilir ki: "Fransada, Rusiyada, İsveçdə, Böyük Britaniyada son məlum insidentlər göstərir ki, İŞİD-in, Əl-Qaidənin və onlarla bağlı qruplaşmaların Avropada terror hücumları planlaşdırmağa və həyata keçirməyə imkanları var".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR