Subay qız qaşlarını aldıra bilərmi?

Subay qız qaşlarını aldıra bilərmi?
08:47 2 May 2017
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu məsələdə şəriətin xüsusi qadağanı yoxdur. Yəni qaş aldırmaq məsələsində ailəli qadınla subay qız arasında dini baxımdan fərq yoxdur.

Milli.Az islam.az-a istinadən bildirir ki, onların hər ikisi harama yol açmamaq şərti ilə bunu edə bilərlər. Harama yol açmamaq deyərkən, qaş aldırmaqla özünü naməhrəm kişilərə cazibədar göstərmək və onların diqqətini özünə çəkmək nəzərdə tutulur. Lakin dinimiz bu kimi məsələlərdə milli adət-ənənəyə də riayət etməyi məsləhət bilir. Xalq içində subay qızın qaşını aldırması mənfi hal sayılır. Ona görə də bu iş sırf dini cəhətdən haram olmasa da, camaatın nəzərində mənfi qarşılandığı üçün məsləhət deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR