“Nintendo” 2,74 milyon “Switch” cihazı satıb

“Nintendo” 2,74 milyon “Switch” cihazı satıb
08:52 2 May 2017
Ölkə mətbuatı
A- A+

Yaponiyanın populyar "Nintendo" şirkəti artıq 2,74 milyon ədəd "Switch" adlanan yeni innovativ oyun platformasının satışını həyata keçirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkətin yaydığı fond hesabatından sonra "Nintendo"nun satışları barədə  açıq məlumatlar yayılıb.
 
Hesabatda bu ilin mart ayının əvvəlində açıq satışa çıxarılan "Switch" müasir oyun avadanlığının satışlarının sayı da qeydə alınıb.

Bu müddət ərzində 5 milyon dollar məbləğdən artıq müxtəlif əlavələr, proqram təminatı, yeni nəsil avadanlıq üçün oyunlar əldə edilib. Ən çox alınan əfsanəvi "The Legend of Zelda: Breath of the Wild" oyununun nüsxələri olub. Bu oyun dəfələrlə ilin ən gözlənilən oyunlarından biri kimi qəbul edilib. İstifadəçilər bu oyundan 2,76 milyon nüsxə əldə ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR