“Alphabet” illik gəlirlərini açıqladı

“Alphabet” illik gəlirlərini açıqladı
09:05 2 May 2017
Ölkə mətbuatı
A- A+

"Alphabet" holdinqi 2017-ci maliyyə ilinin birinci rübünün hesabatını dərc edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hesabat dövrü şirkət üçün 22,75 milyard dollar həcmində gəlirlə yekunlaşıb ki, bu da bir il əvvəlki göstəricini 22 faiz üstələyir.

Şirkətin əməliyyat gəlirləri 27 faiz artaraq 6,57 milyard dollar təşkil edib. Şirkətin xalis mənfəəti bir ildə 4,12 faiz artaraq 5,43 milyard dollar olub.

Hər zaman olduğu kimi, "Alphabet"in gəlirlərinin böyük hissəsi "Google"un payına düşür. Belə ki, ötən rüb axtarış nəhəngi holdinqə 22,51 milyard dollar gəlir gətirib. Bir il öncə isə bu rəqəm 20,1 milyard dollar olub. Yəni şirkətin "Alphabet"də olan bütün qalan aktivləri ümumilikdə 244 milyon dollar gəlir gətirib. Bu da ötən ilin birinci rübü ilə müqayisədə 48 faiz çoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR