Abşeronda usta adı ilə evə girib talan etdilər - Qadını döydülər, protez dişlərinə kimi apardılar

Abşeronda usta adı ilə evə girib talan etdilər - Qadını döydülər, protez dişlərinə kimi apardılar
09:42 2 May 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeronda naməlum şəxslər evə basqın edərək ev sahibəsini soyublar.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsi, Abdulla Şaiq küçəsi 71 ünvanında baş verib.
Belə ki, şəxsiyyəti hələlik müəyyənləşdirilməyən iki naməlum şəxs həmin ünvandakı mənzilin qapısını döyərək özlərini ev sahibəsinə qonşuluqdakı evin ustaları kimi təqdim ediblər.

Ev sahibəsi, 64 yaşlı Abbasova Dürdanə Abbas qızı mənzilin qapısını açdıqda naməlum şəxslər ona hücum edərək qadını döyüblər. Quldurlar daha sonra qadının əl-qollarını bağlayaraq evi talan etməyə başlayıblar. Cinayətkarlar evdən 400 manat pul, qadının protez dişini, mobil telefonunu və gümüş əşyalarını götürərək mənzili tərk ediblər. 
Faktla bağlı araşdırma aparılır.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/540764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR