Millət vəkili ƏSƏBİLƏŞDİ: "Abırlı davrana bilmirsənsə..."

Millət vəkili ƏSƏBİLƏŞDİ: "Abırlı davrana bilmirsənsə..."
09:43 2 May 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili Fazil Mustafa bu dəfə sosial şəbəkədə şou-biznes nümayəndələrinin ünvanına tənqidlər yağdırıb.

Publika.az xəbər verir ki, şou-biznes nümayəndələri ilə bağlı yayılan məlumatlardan cana doyan millət vəkili onları sərt şəkildə qınayıb:

“Əlimdə imkan olsaydı bir çox peşə sahiblərinə, ələxüsus da , müğənnilərə, şou-təqdimatçılarına təxəllüs olaraq hansısa bölgənin adını götürməyi yasaqlayardım. Deyərdim ki, öz soyadın varsa, atanın adı varsa, yaxud da hansısa duyğuları özündə ifadə edən adlar varsa, buyurub götürün, ancaq bu bölgə adından bir az uzaq durun.”

Fazil Mustafa hesab edir ki, bölgə adını özünə təxəllüs götürən şəxslər davranışlarında daha ciddi, təmkinli, ədəbli olmalıdır: “Adam ictimai diqqətin yönəldiyi yerlərdə səviyyəsiz, ədəbsiz, yüngül hərəkətlər etməklə yanaşı, həm də bütöv bir bölgəni töhmət altında qoyur, yaxud da ironiya hədəfinə çevirir. Həm də bu mənasız və gərəksiz bir regionçuluq duyğusunu cəmiyyətimizdə cücərdir. Naxçıvanlı, Gəncəli, Borçalı, Bərdəli, Qazaxlı, Lənkəranlı, Tovuzlu, Xaçmazlı və s. bölgəsəl təxəllüslər götürüb abırlı davrana bilmirsənsə, niyə kimsə məhz o bölgədən olduğuna görə sənin davranışından xəcalət çəkməlidir?”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/197219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR