Azərbaycandan Rusiyaya yol bağlanır

Azərbaycandan Rusiyaya yol bağlanır
09:47 2 May 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya-Azərbaycan sərhədindəki "Yaraq-Qazmalar" sərhəd-keçid məntəqəsində yeni körpünün tikintisi ilə əlaqədar Azərbaycandan gedən TIR-ların sərhədi keçməsi mümkün olmayacaq.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda "RİA Dagestan" agentliyi bildirir. Belə ki, "Yaraq-Qazmalar"da körpü tikintisi ilə bağlı hərkətin dayandırılacağı bir vaxtda TIR-ların hərəkəti üçün alternativ marşrut mövcud deyil. Çünki "Yaraq-Qazmalar" TIR-ların hərəkəti üçün yeganə münasib məntəqədir.

"Ehtiyat variant" kimi ağırtonnajlı yük maşınlarının "Tahirkənd-Qazmalar" sərhəd-keçid məntəqəsindən keçməsi təklif olunur. Lakin bu marşrutun da öz problemi var - oradan federal "Qafqaz" trasına çıxan yol mövcud deyil. Hansı ki, həmin trasla yük maşınları Rusiyanın digər regionlarına hərəkət edir.

Məlumata görə körpünün tikintisi yaxın vaxtlarda başlayacaq. "Tahirkənd-Qazmalar" sərhəd-keçid məntəqəsini federal trasla birləşdirən yolun tikintisi isə bu il ərzində başlamalıdır. Hazırda Dağıstan hökuməti mümkün variant kimi "Tahirkənd-Qazmalar"dan "Qafqaz" federal trasına qədər asfalt örtüyü olmayan müvəqqəti yolun salınmasını nəzərdən keçirir. İstənilən halda körpü tikintisi Azərbayan-Rusiya sərhədində nəqliyyat kollapsına gətirib çıxara bilər.

Xatırladaq ki, bu son zamanlar Azərbayandan Rusiyaya yükdaşımalarda meydana çıxan birinci problem deyil. Bundan əvvəl Rusiya tərəfi sərhəddən yük maşınlarının keçməsini ləngidirdi və nəticədə uzun növbələr yaranırdı. Bu məsələ ilə bağlı dəfələrlə Azərbaycan və Rusiya hökumət rəsmiləri arasında müzakirələr olub. Daha sonra "Platon sistemi"inə etiraz olaraq Rusiyanı bürüyən və episentri Dağıstan olan sürücü tətilləri nəticəsində Azərbaycandan Rusiyaya və geriyə yükdaşımalar faktiki olaraq dayandı. Tətil cəmi bir neçə gündür ki, səngiyib və Dağıstan üzərindən yükdaşımalar qismən bərpa olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/540762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR