x
Loading...
.

Qarabağda ermənilərə qan udduran əfsanəvi çeçen: o, rusların casusu idi?

Qarabağda ermənilərə qan udduran əfsanəvi çeçen: o, rusların casusu idi?
09:58 2 May 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+
.

Çeçenistanın əfsanəvi səhra komandiri Şamil Basayevin adı gələndə bütün Qafqaz ayağa qalxır. Axı o təkcə çeçenlər üçün döyüşməmişdi. Vaxtilə Azərbaycan üçün da öz silahını çəkinmədən işə salan Basayevi biz Dağlıq Qarabağda erməni quldurlarına qan udduran döyüşçü kimi də xatırlayırıq. Çeçenistanın azadlığı uğrunda döyüşən Basayevə sonradan “beynəlxalq ictimaiyyət” terrorçu damğası vurdu. Lakin o, “Allah bilir mən kimək və nə istəyirəm” cavabını verdi.

Şamil Basayev çeçenlər üçün qəhrəman, ruslar üçün terrorçu, bütün qafqazılar üçünsə əfsanəvi döyüşçüdür. Doğrudur, ermənilərə görə Basayev qatildir, lakin ermənilərin Qafqazla heç bir tarixi əlaqəsi olmadığını nəzərə alsaq, o zaman, “qafqazlılar üçün əfsanəvi qəhrəman” ifadəsi öz gücünü saxlayır.

Publika.az bu əfsanəvi döyüşçü haqda yayılmış fərqli bir iddianı gündəmə gətirir.

Söhbət Şamil Basayevin Rusiya Hərbi Kəşfiyyatının (QRU) əməkdaşı, yaxud casusu olmasından gedir. Nə qədər inandırıcı görünməsə də, bir sıra rus mənbələri bu iddianı irəli sürürlər.

İddia: Basayev 1992-ci ildə öz döyüşçüləri ilə abxaz-gürcü müharibəsində abxazlar tərəfindən döyüşürdü. Hətta o, qəhrəmanlıqlarına görə Abxaziyanın Milli Qəhrəmanı adına da layiq görülmüşdü. İddialara görə, QRU 1991-ci ildə Gürcüstana qarşı zabitlər hazırlamağa başladı. Basayev də QRU ilə məhz həmin vaxt əməkdaşlıq edib. Onun baş leytenant rütbəsinin olduğu deyilir.

Bu iddialarla Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri olmuş A.Mixaylov, “V” xüsusi təyinatlı qrupun keçmiş zabiti K.Nikitin, Çeçenistan Respublikasının xalq məclsinin sədri Əbdülrəhmanov, həmçinin, Dövlət Təhlükəsizlik Komitəsinin istefada olan zabiti İ.Drozdov çıxış ediblər.

Lakin Basayevin özü 1996-cı ildə “Müstəqil qəzet”ə müsahibəsində bu iddiaları təkzib edib.

Onun silahdaşları isə Basayevlə QRU-nun əməkdaşlığını uydurulmuş mif adlandırır və hesab edirlər ki, bu, çeçen qəhrəmanını etibardan salmaq cəhdidir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR