Azərbaycanlı vloger rüşvət alarkən kameraya düşdü - VİDEO

Azərbaycanlı vloger rüşvət alarkən kameraya düşdü - VİDEO
10:05 2 May 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Vloger kimi fəlaiyyət göstərən Tural Abdullayevin rüşvət aldığının əks olunduğu kadrları yayıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, kadrlardan göründüyü kimi vloger rüşvət alarkən kameraya tuş gəlib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Məhdud Məsuliyyətli Cəmiyyətlərdən birinin rəhbərliyi sosial şəbəkələrdə Tural adlı vətəndaşın onların fəaliyyəti barədə təhqirdici, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar paylaşdığını və bu tipli məlumatların təkrar yayılmaması üçün həmin şəxsin külli miqdarda pul tələb etdiyi barədə məlumat verib.
 
"Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs - Bakı şəhər sakini Tural Abdullayev qeyd edilən cəmiyyətin əməkdaşından 3500 manat pul alan zaman saxlanılıb.
 
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir",- Nazirliyin məlumatında deyilir.
 
Qeyd edək ki, Tural Abdullayev "Araz" marketlər şəbəkəsini təhqir və şantaj etmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı vloger rüşvət alarkən kameraya tuş gəldi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/540765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR