Məsut Özili istəyən türk klubu

Məsut Özili istəyən türk klubu
10:07 2 May 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

Məsut Özillə bağlı yeni iddia səslənib. Fanat.Az xəbər verir ki, türk əsilli futbolçu ilə "Fənərbaxça"nın maraqlandığı bildirilib.


Bu barədə "Daily Telegraph" məlumat yayıb. Məsut Özil 2013-cü ildə "Real"dan "Arsenal"a 42,5 milyon funt-sterlinqə transfer olunub. Onun London klubu ilə müqaviləsi 2018-ci ildə başa çatacaq. Türka əsilli futbolçu hələlik yeni anlaşma təklifini qəbul etməyib. Bildirilir ki, o, əvvəlcə Arsen Vengerin komandada qalıb-qalmayacağını dəqiqləşdirmək istəyir.


"Daily Telegraph" iddia edir ki, "Fənərbaxça" bir müddətdi Məsut Özilin transfer qiyməti və maaşı ilə maraqlanır. Türkiyə gözəli Amine Gülşe ilə evlənməyə hazırlaşan futbolçunun İstanbulda villa almaq üçün 5 milyon funt-sterlinq ödəyəcəyi də qeyd edilir. Təkcə bu fakt Məsut Öizilin tezliklə Türkiyədə peyda ola bilmək ehtimalını artırır.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-msut-ozili-istyn-turk-klubu-t57828.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR