"Oğlan və qız uşaqlarının oynadığı oyunlar onların gələcək sosial rollarını müəyyənləşdirir"

"Oğlan və qız uşaqlarının oynadığı oyunlar onların gələcək sosial rollarını müəyyənləşdirir"
10:15 2 May 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının TAİEX proqramının birgə əməkdaşlığı çərçivəsində "Gender problemləri və media" mövzusunda iki günlük seminar öz işinə başlayıb.

Trend-in məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, gender bərabərliyi olmadan cəmiyyətin inkişafı mümkün deyil.

O qeyd edib ki, Azərbaycanda gender bərabərliyinin təmini dövlətin əsas siyasətidir: "Cəmiyyətdə qadınların fəallığının artırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu məsələləri öyrəndikcə hər dəfə yeni məsələlərin, təcrübənin öyrənilməsinə ehtiyaclar yaranır. Gender bərabərliyindən danışdıqda, medianın rolunu da xüsusi vurğulamaq lazımdır".

Polşanın Vrotslav Universitetinin nümayəndəsi, siyasi elmlər doktoru Marzena Kordaçzuk bildirib ki, gender baxımından ayrı-seçkiliklər stereotiplər əsasında formalaşır. Belə stereotiplər sonda məişət zorakılığına gətirib çıxarır.

M.Kordaczuk Polşada da gender bərabərliliyi ilə bağlı problemlərin müşahidə edildiyini söyləyib:

"Ömür boyu kişi və qadın arasında olan münasibətlər onların həyat tərzinə təsir göstərir. Bizdə də mühüm stereotiplər mövcuddur. Qadın və kişilər arasında düşüncələr fərqlidir. Məsələn, göy rəngli geyimlər oğlanlar, qırmızı paltarlar qızlar üçün alınır. Eyni zamanda, oğlan və qız uşaqlarının oynadığı oyunlar da onların gələcək sosial rollarını müəyyənləşdirir. Məsələn, qızlar daha çox gəlinciklə oynayırlar, oğlanlar isə daha çox polis kimi özlərini qələmə verərək oyun oynayırlar. Bu da oğlan və qızlar arasında fərqləri elə kiçik yaşlarından özünü göstərir. Biz bununla həm də qızların cəmiyyətdəki sosial rolunun zəif olduğunu görürük. Polşada da kişi və qadın arasındakı fərqli münasibətlər cinsi istismarlara gətirib çıxarır. Polşada da kişi və qadınlar arasında peşələrə, maaşlara görə fərqlilik qoyulur. Qadının maaşı kişinin aylıq maaşının 80 faizinə bərabərdir. Bu hal hətta onların bilik və savadları bərabər olsa belə, müşahidə edilir. Bu, əsasən, orta müəssisələrdə müşahidə edilir. Ancaq bu cür ayrı-seçkilik halları azalmaqdadır".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2748988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR