Sorğu: Rusiyalıların üçdə ikisi Vladimir Putinin 2018-ci ildə yenidən prezident seçilməsini istəyir

Sorğu: Rusiyalıların üçdə ikisi Vladimir Putinin 2018-ci ildə yenidən prezident seçilməsini istəyir
10:17 2 May 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Rusiyalıların üçdə ikisi Vladimir Putinin 2018-ci ildə yenidən prezident seçilməsini istəyir.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu "Levada mərkəzi" tərəfindən aparılmış sorğunun nəticələri göstərir.
Rəyi soruşulanların 64%-i Putinin yeni müddətə seçilməsinin tərəfdarıdır. Respondentlərin 22%-i onun yerinə başqa bir şəxsin olmasını istəyir. Digər 14 faiz respondent isə bu məsələ ilə bağlı qərar verməkdə çətinlik çəkib.
Eyni zamanda, respondentlərdən prezident seçkilərinin qarşıdan gələn bazar günü keçiriləcəyi təqdirdə kimə səs verəcəkləri ilə bağlı fikirləri öyrənilib. Nəticədə məlum olub ki, respondentlərin əksəriyyəti hələ seçkilərdə iştirak edib-etməyəcəyi barədə qərar qəbul etməyib, buna görə də Putinə dəstək verməyə hazır olanların göstəricisi 48%-ə düşüb.
Rəyi soruşulan rusiyalıların 10%-i seçkilərə gedib-getməyəcəyini bilmir, 13%-i səs verməyəcəyindən əmindir, 19%-i isə hansı namizədə dəstək olmaq baxımından qərarsızdır.
Yalnız seçkilərdə iştirak edəcəyini dəqiqləşdirən və hansı namizədə səs verəcəyini qətiləşdirən respondentlərin səslərini nəzərə aldıqda Putinə dəstək göstəricisi 83% təşkil edir.
Vladimir Jirinovski, Gennadi Zyuqanov, Sergey Şoyqu və Aleksey Navalnının prezident reytinqi isə 5% həddində dəyişir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/sorgu-rusiyalilarin-ucde-ikisi-vladimir-putinin-2018-ci-ilde-yeniden-prezident-secilmesini-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR