x
Loading...
.

Gəncədə dostunu öldürən şəxs polisə təslim olub

Gəncədə dostunu öldürən şəxs polisə təslim olub
10:22 2 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Gəncə. 2 may. REPORT.AZ/ Gəncə şəhərində baş verən qətlin təfərrüatı məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, mayın 1-də axşam saatlarında şəhər sakini, 1985-ci il təvəllüdlü Sakit Tofiq oğlu Alıyev döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən əməliyyata alınan yaralının həyatını xilas etmək mümkün olmayıb və S.Alıyev orada ölüb. 
Baş Prokurorluğundan "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisəni törədən şəxs, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elşən Zirəddin oğlu Mürsəlov könüllü olaraq polisə təslim olub. İstintaqa ifadə verən E.Mürsəlov mərhumla dost olduğunu və hadisəni şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı törətdiyini bildirib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-bas-veren-qetlin-teferruati-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR