Ötən ay Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb

Ötən ay Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb
10:22 2 May 2017
617 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirlikdən “Report”a verilən məlumata görə, ötən ay ərzində həmin mərkəzlərə ümumilikdə 16 593 müraciət daxil olub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 14 146 zəng qəbul edilib.
Vətəndaşların Qəbulu Mərkəzində isə aprel ayında 2447 vətəndaşa xidmət göstərilib.
Nazirlikdən bildirilib ki, Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 129 sənəd (544 məktub, 368 ərizə, 217 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin diaqnostik qiymətləndirilməsi, ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbul, müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı olub.
Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (3 449 zəng) və çərşənbə axşamı (2 846 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (574 müraciət) və cümə (524 müraciət) günləri, əsasən, saat 11:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/oten-ay-tehsil-nazirliyine-daxil-olan-muracietlerin-sayi-aciqlanib02

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR