Bu qidalar bədəndən nikotini atır

Siqaret çəkənlərin bədənində toplanan nikotin illərcə orda qala bilər. Mütəxəssislər deyir ki, nikotini bədəndən təmizləmək üçün bu qidalardan yeməlisiniz.

Metbuat.az faydalı qidaları təqdim edir:

Gicitkən bol miqdarda dəmir və dezinfeksiyaedici maddə ilə zəngindir. Gicitkən otu sayəsində bədəndəki nikotindən xilas ola bilərsiniz.

Kivi nikotini bədəndən atmağınızı təmin edəcək vitaminlərlə zəngindir.

Su bədəndəki zəhərli maddələrin atılması üçün çox önəmlidir. Bədəniniz susuz qalırsa, hüceyrələrin yenilənməsi və nikotinin təsirlərinin azalması çətinləşir.

Dəriyə ziyan verən nikotinin bu təsirinə qarşı yerkökü suyu içə bilərsiniz. Vitaminlərlə zəngin olan yerkökü suyu dərinin yenilənməsini və nikotindən təmizlənməsini təmin edir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR