"Eurovision" müsabiqəsinin rəsmi fan-klublarının səsverməsinin yekun nəticələri məlum olub

"Eurovision" müsabiqəsinin rəsmi fan-klublarının səsverməsinin yekun nəticələri məlum olub
10:37 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ "Eurovision" müsabiqəsinin rəsmi fan-klublarının (OGAE) səsverməsinin yekun nəticələri məlum olub.
"Report" xəbər verir ki, səsverməyə əsasən, Azərbaycan 34 xalla 15-ci yerdə qərarlaşıb.
Ermənistan təmsilçisi 7 xalla 25-ci, Gürcüstan nümayəndəsi 4 xalla 30-cu olub.
OGAE səsverməsində qalib İtaliya nümayəndəsi Françesko Qabbani (497 xal) olub. İkinci yerdə Belçikalı xanım müğənni Blanşe (335 xal), üçüncü yerdə isə İsveç təmsilçisi Robin Benqtsson (308 xal) qərarlaşıb.
Qeyd edək ki, Azərbaycanı müsabiqədə "Skeletons" mahnısı ilə Diana Hacıyeva (DiHaj) təmsil edəcək.
Bu il "Eurovision" müsabiqəsi 9, 11 və 13 may tarixlərində Kiyevdə keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/eurovision-musabiqesinin-resmi-fan-klublarinin-sesvermesinin-yekun-neticeleri-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR