Bərdədə 125 kq at leşi zərərsizləşdirilib - FOTO

Bərdədə 125 kq at leşi zərərsizləşdirilib - FOTO
10:44 2 May 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 27-də Bərdə rayonunun Qasımbəyli kəndində aşkarlanan at ətinin müayinəsi başa çatıb.

 

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Lent.az-a verilən məlumata görə, Qasımbəyli kənd sakini Quliyev Hamlet Əli oğluna məxsus xüsusi ərazidə aşkar edilən ümumi çəkisi 125 kq olan şaqqalara bölünmüş at cəmdəyindən götürülən nümunələrin müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilib.

 

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella abortus equi) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at əti olması müəyyən edilib.

 

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, Qasımbəyli kənd sakini Quliyev Hamlet Əli oğluna məxsus xüsusi ərazidə aşkarlanan, müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilmiş şaqqalara bölünmüş at cəmdəyinin zərərsizləşdirilməsinə qərar verilib.

 

Qərara uyğun olaraq mayın 1-də aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş at cəmdəyi baytarlıq mütəxəssislərinin nəzarəti altında Bərdə rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.

 

Ekspertizaların nəticələri müvafiq araşdırmalar aparan Bərdə Rayon Polis Şöbəsinə göndərilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273630

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR