Kameralar qarşısında qucaqlaşıb belə öpüşdülər - FOTOLAR

Kameralar qarşısında qucaqlaşıb belə öpüşdülər - FOTOLAR
10:48 2 May 2017
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi dünən kimi Dünən Nyu-Yorkda, Metropoliten İncəsənət Muzeyinin nəzdindəki Kostyum İnstitutunda ənənəvi illik "Met Gala" gecəsi keçirilib.

Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, kostyum balına bir çox dünya ulduzları sevgililəri və həyat yoldaşları ilə birlikdə gəlib.

Məsələn, bu yaxınlarda beysbolçu Aleks Rodrigezlə sevgili olduğunu elan edən Cennifer Lopes gecəyə onunla birlikdə təşrf buyurub. Mavi rəngli ziyafət libası geyinən ulduz sevgilisi ilə fotoqraflara bol-bol poza verib.

Selena Qomezi də sevgilisi Abel Makkonen müşayiət edib. Onlar kameralar qarşısında öpüşərək bir-birinə olan məhəbbətlərini nümayiş etdirb.

Stil ikonalaırn sayılan model Jizal Bündhen həyat yoldaşı Tom Bredi, aktrisa Bleyk Layvli də ömür-gün yoldaşı Rayan Reylondsla birlikdə gəlib. Hər iki cütlük səmimi münasibtələri ilə gecə boyu diqqət çəkib.

“Meta Gala” şousunun daha bir ulduz cütlüyü ana olmağa hazırlaşan Serena Uilyamsla sevgilisi Aleks Oqanyan, elcə də Salam Hayeklə milyarder əri Fransua Anri-Pino olub.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/197232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR