Bakıda vulkan püskürdü

Bakıda vulkan püskürdü
10:53 2 May 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saat 08:00 radələrində Bakı şəhərindən 15 km cənub-şərq istiqamətində, Xəzər dənizinin sahilində, neft-mədən sahəsində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, sözügedən palçıq vulkanı Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna aid deyil.

Hazırda vulkan aktivliyi baş vermiş ərazidə qoruq əməkdaşlarından təşkil edilmiş operativ qrup tərəfindən müşahidələr aparılır.

Xatırladaq ki, 1810-cu ildə qeydə alınmış Lökbatan palçıq vulkanı dünyanın ən aktiv 5 vulkanından biri olmaqla püskürməsinə görə dünya rekordçusudur və vulkanın hazırkı püskürməsi sayca 25-cidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/197235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR