Mark Zukerberq fermada: "Ümid edirəm ki, acsan..." - FOTO

Mark Zukerberq fermada: "Ümid edirəm ki, acsan..." - FOTO
11:05 2 May 2017
Ölkə mətbuatı
A- A+

Ailənin dörd nəslinin istifadə etdiyi bu qırmızı, 78 yaşlı traktoru sürmək mənə həzz verdi.

Dünyanın ən populyar sosial şəbəkəsinin banisi və sahibi Mark Zukerberq ABŞ-ın Viskonsin ştatındakı Blandçarvill şəhərinin yaxınlığa, Qent ailəsinin fermasına yollanmışdı.

Milli.Az bildirir ki, Zukerberq Facebook-dakı profilində yazıb: "Qent ailəsi artıq beş nəsildir ki, heyvandarlıqla məşğul olur. Bu ailənin mənsubları həddən ziyadə zəhmətkeş, səmimi və gözəl insanlardır. Onlar hər gün səhər saat 5-də durur, işə başlayır, şər qarışanadək çalışırlar. Ailə başçısı Ced Qent hətta zarafatla deyir:

"Mal-qaranı özümüzdən yaxşı qidalandırırıq". Birləşmiş Ştatlarda son illərdə südə və pendirə tələbat azalsa da, Qent ailəsi heç vaxt hökumətdən yardım, subsidiya almayıblar. Ced həyatı ilə fəxr edir və deyir ki, övladlarının da fermerliklə məşğul olmaları onu qürurlandırır. Qent ailəsinə qonaqpərvərliklərinə görə minnətdaram. Prissila, ümid edirəm ki, acsan, çünki evə dadlı pendirlərlə qayıdıram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR