TRT-nin Bakı bürosunun rəhbəri Tərcümə Mərkəzində olub

TRT-nin Bakı bürosunun rəhbəri Tərcümə Mərkəzində olub
11:08 2 May 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyənin TRT Bakı bürosunun rəhbəri Yıldıray Arslan Tərcümə Mərkəzində olub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, görüş zamanı Mərkəzin Türkiyə ədəbiyyatına ayırdığı diqqətdən, görkəmli türk yazıçı və şairlərinin əsərlərinin müxtəlif illərdə tərcümə və nəşr edilərək, Azərbaycan oxucusuna tanıdılmasından, həmçinin yaxın günlərdə Azərbaycan dilində işıq üzü görəcək “Türkiyə ədəbiyyatı antologiyası”ndan söz açılıb.

Yıldıray Arslan öz növbəsində Mərkəzin Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin qurulması istiqamətində həyata keçirdiyi layihələrlə bağlı məmnunluğunu ifadə edərək, Mərkəzin ədəbiyyatlararası əlaqələr üzrə fəaliyyətinin TRT kanalı tərəfindən işıqlandırılmasının hər iki ölkənin ədəbi-mədəni əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcəyini bildirib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2749027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR