Apreldə BTC kəməri ilə nəql olunan Azərbaycan neftinin statistikası

Apreldə BTC kəməri ilə nəql olunan Azərbaycan neftinin statistikası
11:15 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Aprel ayında BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki,

Aprel ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 242 min 574 ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar- aprel aylarında bu kəmərlə 8 milyon 724 min 383 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il may ayının 1-ə qədər BTC-yə 330 milyon 262 min 445 ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin aprel ayında BTC kəməri ilə 546 min 171 ton Türkmənistan nefti nəql olunub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2749035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR