"Thomson Reuters"ın Rusiya ofisinin baş redaktoru BANM-də olub

"Thomson Reuters"ın Rusiya ofisinin baş redaktoru BANM-də olub
11:15 2 May 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rektoru Elmar Qasımov və “Thomson Reuters”-ın Rusiya ofisinin məhsul bazarı üzrə baş redaktoru Aleksandr Yerşov arasında görüş keçirilib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüş zamanı BANM-in rektoru Elmar Qasımov Aleksandr Yerşovu salamlayıb və ona Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edib. Rektor Ali Məktəbin yaranma tarixi, 5 il ərzində əldə etdiyi nailiyyətləri, mühəndis kadrların hazırlanmasında tətbiq olunan müasir tədris proqramları və texnologiyaları, tələbələr üçün SOCAR-ın müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə, həmçinin yerli müəssisələrdə istehsalat təcrübəsi haqqında bəhs edib.

Öz növbəsində, Aleksandr Yerşov Bakıdakı qısa müddətli səfər zamanı Azərbaycanın ən qabaqcıl ali təhsil müəssisəsi olan BANM-də qonaq olmasından şad olduğunu bildirdi. O, qeyd etdi ki, təmsil etdiyi agentlik 100-dən çox ölkədə fəaliyyət göstərən və 60 mindən çox işçisi olan beynəlxalq korporasiyadır. Hazırda dünyanın yeddi mindən çox aparıcı universiteti, elmi-tədqiqat institutları, hökumət təşkilatları, habelə, özəl şirkətləri “Thomson Reuters” korporasiyanın xidmətlərindən faydalanır. Bildirildi ki, Türkiyə, Rusiya, Qazaxıstan və başqa ölkələrin korporasiyanın xidmətlərindən istifadəsi sayəsində bu dövlətlərin elm tutumlu nəşrlərinin sayı və elm sahəsində raqabətə davamlılıq qabiliyyəti əsaslı şəkildə yüksəlib. Aleksandr Yerşov vurğuladı ki, bütün bunlar “Thomson Reuters” ilə əməkdaşlığın səmərəliliyini təsdiqləyir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2749029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR