Bu il 133 hündürmərtəbəli binaya qaz verilib

Bu il 133 hündürmərtəbəli binaya qaz verilib
11:22 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim etmiş 133 çoxmərtəbəli binanın qazını açıb.
“Report”a qurumdan verilən məlumata görə, bu isə ümumilikdə, 6 774 mənzili əhatə edir. “Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır”, - deyə məlumatda qeyd olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bu-il-133-hundurmertebeli-binaya-qaz-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR