"Artıq arvadın mənim, ona istədiyimi edərəm" - Borcunu qaytara bilməyən dostuna qarşı əxlaqsızlıq - FOTO

"Artıq arvadın mənim, ona istədiyimi edərəm" - Borcunu qaytara bilməyən dostuna qarşı əxlaqsızlıq - FOTO
11:27 2 May 2017
91 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Adana şəhərində 34 yaşlı M.E.G. ona 5 min lirə borclu olan şəxsin həyat yoldaşını zorlamaq istəyərkən bıçaqlanıb. Həyat yoldaşının qatil olmağına maneə törətmək üçün araya girən 32 yaşlı Z.E. də qolundan yaralanıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, hadisə mərkəz Seyhan mahalının Qazipaşa məhəlləsində 35 yaşlı D. A. -nın sahibi olduğu iş yerində axşam saatlarında baş verib.

İşləri yolunda getməyən Duran A. dostu Mehmet Emin Güzhandan 5 min lirə borc alıb. Borcu qaytarmaq günü gəldiyində pulu düzəldə bilməyən Duran A. Güzhandan vaxt istəyib. M.E.G.-də "Ya pulu ödəyirsən, ya da arvadın mənim olacaq" deyə təhdid edib

Axşam saatlarında zərgərlik mağazasından üzük alan M.E.G, D.A.-nın iş yerinə gəlib. D. A. ilə həyat yoldaşı Z.A. işlədikləri vaxt içəriyə girən G. 2 uşaq anası olan qadına cibindən çıxardığı üzüyü uzadıb. D.A.-nın gözləri qarşısında Z.A.-ya birlikdə olmağı təklif edən M.E.G. "Sən artıq mənimsən. Ərin bir şey deyə bilməz" - söyləyib.

Qəzəblənən D.A. dəzgah üzərindəki bıçağı götürərək M.E.G-yə hücum edib. D.A.,bıçaq zərbələri ilə G. -ni yaralayıb. Həyat yoldaşının cinayət törətməsini əngəllməmək istəyən Z.A. araya girib. Bu məqamda Z.A. da qolundan yaralanıb, gənc qadının barmaqları kəsilib.

Hadisə yerindən qaçan M.E.G avtomobiliylə xəstəxanaya gedib. Hayati təhlükəsi olmayan M.E.G müalicə altına alınıb. Yüngül yaralı olan Z. A. təcili yardımla Adana Dövlət Xəstəxanasına qaldırılarkən, D.A. nəzarətə alınıb.

Polisı ifadəsində M.E.G-nin yoldaşına təcavüz etmək fikrində olduğunu deyən D.A. "Borcum var idi, ödəyə bilmədim, müddət istədim. Mənə "Artıq arvadın mənim, ona istədiyimi edərəm" deyə təhdid etdi. Axşam da iş yerimə gəldi, mənim yanımda arvadıma üzük uzadıb, əllə təcavüz etməyə başladı. Dözə bilməyib bıçaqladım" deyə, ifadə verib.

Polis istintaqı davam etdirir.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR