Azərbaycan ilə Türkiyə ordusunun birgə döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi başladı - VİDEO - FOTO

Azərbaycan ilə Türkiyə ordusunun birgə döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi başladı - VİDEO - FOTO
11:42 2 May 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi başlayıb.

Milli.Az xəbər verir ki, bu gün Ümumqoşun Təlim Mərkəzində aviasiya və artilleriya qüvvələrinin iştirakı ilə döyüş atışları həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başlayıb.

Təlimlərin məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirmək, koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.

Təlimlər mayın  5-dək davam edəcək.

Birgə təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək hərbi texnika, 60-dan çox artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş (Mi-35) və nəqliyyat (Mi-17) helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.
Təlimlərdə müdafiə olunan düşmənə qarşı birgə hücum əməliyyatlarının təşkili və aparılması, zirehli qrupların və taktiki hava desantının tətbiqi, hücumda olan qoşunların dəstəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti məsələlərinin öyrənilməsi mövzularında tapşırıqlar yerinə yetirilir.

İlkin İzzət
Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi başlayıb

Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi başlayıb - 1

Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi başlayıb - 2


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR