Azərbaycan çempionu baş məşqçisi ilə müqaviləni pozdu

Azərbaycan çempionu baş məşqçisi ilə müqaviləni pozdu
11:47 2 May 2017
29 İdman
Ölkə mətbuatı
A- A+

Serbiyalı baş məşqçi Zoran Qayiçin Azərbaycan karyerası başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Telekom" təcrübəli mütəxəssislə qüvvədə olan 1 illik müqaviləni qarşılıqlı şəkildə pozulub.

Buna səbəb Serbiya Voleybol Federasiyasının da prezidenti vəzifəsini icra edən Qayiçə Türkiyədən təklifin gəlməsi olub. O, yeni mövsümdən "İstanbul Böyükşəhər Bələdiyyəsi" klubunu çalışdıracaq. Təcrübəli mütəxəssis artıq türklərlə 1 illik müqaviləyə imza atıb.
 
Qeyd edək ki, 2015-ci ildən "Telekom"da işləyən Qayıç daha öncə "Rabitə"də işləyib. 59 yaşlı baş məşqçi "Telekom"la Azərbaycan Super Liqasında 1 dəfə qızıl (2017) və 1 dəfə gümüş (2016) medal qazanıb. O, 2011/2012 və 20014/2015 mövsümündə (2015-ci ildə) isə "Rabitə"nin "sükanı arxasında" olub. Qayiç bu komanda ilə dünya və Azərbaycan çempionu titulunu qazanıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR