Qalmaqallı "Yoxlama" verilişi "Kolorit"də: Gözlənilməz kadrlar - VİDEO

Qalmaqallı "Yoxlama" verilişi "Kolorit"də: Gözlənilməz kadrlar - VİDEO
11:47 2 May 2017
Ölkə mətbuatı
A- A+

ATV-nin yoxlama verilişi Bakının daha bir məşhur restoranında çəkiliş aparıb.
 
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Azər Zahidin aparıcılığı ilə yayımlanan verilişin çəkiliş komandası "Kolorit" restoranında olub. Restoranın mətbəxində çəkiliş aparan veriliş heyəti qarşılaşdıqları mənzərə qarşısında şok keçirib. Mətbəx natəmizliyi ilə diqqət çəkib.

Bundan başqa mətbəxin həddindən artıq kiçik olması, yeməklərin gigiyenik normalara uyğun olmayan şəkildə saxlanması kameralardan yayınmayıb. Restoran əməkdaşları bu vəziyyəti müdafiə etməyə çalışsalar da, özlərinə haqq qazandıra bilməyiblər.
 
Son olaraq restoran rəhbərliyinə qüsrlar haqqında məlumat verilib. Cavabında yaxın zamanda bu nöqsanların aradan qaldırılacağına restoran rəhbərliyi söz verib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qalmaqallı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/540812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR