Bakıda 190 min manata tibb məntəqəsi satıldı - HƏRRAC

Bakıda 190 min manata tibb məntəqəsi satıldı - HƏRRAC
11:54 2 May 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən Lent.az-a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 5-i kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri-yaşayış sahəsidir. Bakı  şəhəri üzrə  2 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi və 8 istifadəsiz qeyri yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.

 

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Gəncə şəhərində yerləşən 18 saylı yanacaq doldurma məntəqəsi olub. Belə ki, adıçəkilən əmlak 510 min 750 manata özəlləşdirilib. Həmin yanacaq doldurma məntəqəsinin torpaq sahəsi 1800 kv.m, ümumi faydalı sahəsi isə 16,6 kv.m təşkil edir. Bundan başqa paytaxtın Xəzər rayonunda yerləşən Tibb məntəqəsi də qiyməti ilə digərlərindən fərqlənir. Özəlləşdirilən həmin əmlakın qiyməti 190 min manatdır. Ümumi faydalı sahəsi 1179 kv.m, topaq sahəsi isə 4632 kv.m təşkil edir.

 

Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 2-si paytaxtın Sabunçu və Xəzər rayonlarında, 1-i Gəncə, 1-i Cəlilabad, digər isə Mingəçevirdə yerləşir.

 

Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 3-ü paytaxtın Suraxanı, Yasamal, Nizami  rayonlarında, 3-ü Qubada, digərləri isə Sumqayıt, Sabirabad, Lənkəran və Ağdaşda yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak 60 min manat olub. Ümumi faydalı sahəsi isə 24 kv.m təşkil edib. Budəfəki hərrac da  özəlləşdirilən belə əmlakların  ümumi faydalı sahəsi  9 kv.m ilə 110 kv.m, qiymətləri isə 1500 manatla 60 min manat arasında dəyişib. 

 

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar, əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər. Komitə tərəfindən növbəti belə hərrac 10 may tarixində keçiriləcək. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək  olar:

 

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1517

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR