Səlim Müslümov: "Hər il Azərbaycanın əmək bazarına yüz mindən yuxarı gənc daxil olur"

Səlim Müslümov: "Hər il Azərbaycanın əmək bazarına yüz mindən yuxarı gənc daxil olur"
12:02 2 May 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ "Hər il Azərbaycanın əmək bazarına yüz mindən artıq gənc daxil olur". "Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir qeyd edib ki, proqnozlara əsasən 2017-ci ildə Azərbaycanın əmək bazarına 108 min 500 gənc daxil olacaq : “Onların 69 mindən artığı ali təhsilli, orta ixtisas təhsilli və peşə təhsilli gənclərdir. 39 min 500-ə yaxını da tam orta təhsilli və aşağı təhsil səviyyəsinə malik olan gənclərdir. Onların əmək bazarında yerləşdirilməsi, mövcud iş yerləri ilə təmin olunması Azərbaycan Prezidentinin daim diqqət mərkəzində olan çox vaib məsələlərdən biridir”.
Nazir, əlavə edib ki, ölkə üzrə işsizlik səviyyəsi 5 faiz ətrafında olduğu halda, gənclər üçün bu 9 faizdir : “Azərbaycanda gənc əhali ölkə əhalisinin təqribən 29 faizini təşkil edir. Bu nəinki Şərqi Avropa, keçmiş MDB dövlətləri arasında da ən yüksək göstəricidir”.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/selim-muslumov-her-il-azerbaycanin-emek-bazarina-yuz-minden-yuxari-genc-daxil-olur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR