x
Loading...

ABŞ Əfqanıstanda yeni əməliyyatlara başlayacaq

ABŞ Əfqanıstanda yeni əməliyyatlara başlayacaq
12:05 2 May 2017
35 Dünya
Ölkə mətbuatı
A- A+
.

ABŞ cari ildə Əfqanıstan ərazilərinin İŞİD terror qruplaşmasından azad edilməsini planlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların bu ölkədəki Silahlı Qüvvələrinin nümayəndəsi Bill Salvin bəyan edib.

O qeyd edib: "Bizim 2017-ci ildə onları (İŞİD terrorçuları - red.) məhv etmək üçün yaxşı şansımız var".

B.Salvinin sözlərinə görə, bundan əvvəl regionda 2500-3000 İŞİD terrorçusu var idisə, əməliyyatlar nəticəsində onların sayı hazırda 800 nəfərədək azalıb.

Qeyd edək ki, 2001-ci ildən Əfqanıstanda "Taliban" hərəkatına qarşı hərbi əməliyyatlar aparan ABŞ-ın hazırda bu ölkədə 8400 hərbi qulluqçusu var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR