Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri davam etdirilir

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri davam etdirilir
12:17 2 May 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Bu gün Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri davam etdirilir.
"Report"un məlumatına görə, təlimlərin məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirmək, koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Birgə təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək texnika, 60-dan çox artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş (Mi-35) və nəqliyyat (Mi-17) helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə siıahlanmış hava hücumundan müdafiə və zenit raket bölmələri iştirak edir.
Təlimlərdə müdafə olunan düşmənə qarşı birgə hücum əməliyyatlarının təşkili və aparılması zirehli qrupların və taktiki hava desantının tətbiqi, hücumda olan qoşunların dəstəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti məsələlərinin öyrənilməsi mövzularında tapşırıqlar yerinə yetirirlir.
Mayın 1-də başlamış təlimlər mayın 5-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycan-turkiye-birge-doyus-atisli-taktiki-telimleri-davam-etdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR