Milli Məclisin növbəti plenar iclası başlayıb

Milli Məclisin növbəti plenar iclası başlayıb
12:17 2 May 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.
"Report"un xəbərinə görə, iclas Oqtay Əsədovun sədrliyi ilə keçirilir.
Plenar iclasın gündələyinə 14 məsələ daxildir. Toplantıda "Turizm haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihələri müzakirəyə çıxarılacaq.
Bundan başqa, "Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında" Dövlət Neft Şirkəti ilə SOCAR Umid Oil and Gas Limited şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş "Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında" SOCAR Umid Oil and Gas Limited şirkəti ilə Umid, Babək Eksploreyşn end Prodakşn şirkəti arasında Müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsinə, "Diplomatik xidmət haqqında", "Pasportlar haqqında", "Dərman vasitələri haqqında", "Yeyinti məhsulları haqqında", "Reklam haqqında", İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə dəyişiklik layihələrinə baxılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/meclisin-novbeti-plenar-iclasi-basla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR